featured-image-25052

Rusiya millisi Mərkəzi Asiya Futbol Assosiasiyasının (CAFA) ilk çempionatında çıxış edəcək. Msport.az Matç Tv-yə istinadən xəbər verir ki, yarış bu il iyunun 9-dan 21-ə kimi keçiriləcək.

Tacikistan Futfol Federasiyasının mətbuat katibi Faridun Saliyev də xəbəri təsdiq edib. Tacikistan yığması da turnirdə mübarizə aparacaq.

CAFA-nın çempionatında iştirakla bağlı artıq 6 üzv müsbət cavab verib. Tacikistan, İran, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Əfqanıstan komandaları yarışda çıxış edəcəklər. Bundan başqa, CAFA Asiya ölkələrindən birinə də dəvət göndərib.

Xatırladaq ki, FİFA və UEFA Rusiyanı öz bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırıb.

ANAR ABDULLAYEV 

 

 

 

Bənzər xəbərlər