Rusiya millisi İranla qarşılaşacaq
Rusiya və İranın futbol üzrə milli komandaları arasında martda yoldaşlıq oyunu keçiriləcək.
Msport.az xəbər verir ki, İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bildirib ki, matç ya martın 22-də, ya da 23-də olacaq. Görüşün Tehranda keçirilməsi planlaşdırırılır.
Bundan başqa, bu iki ölkənin qadınlardan ibarət yığma komandaları arasında da oyun baş tutacaq. Həmin qarşılaşmaya da Tehran ev sahibliyi edəcək.
Rusiya və İran arasında idman sahəsində əməkdaşlığın nəticəsi olaraq “Zenit” klubu fevralın 17-də “Sepahan”la yoxlama oyununda gücünü sınayacaq.
ANAR ABDULLAYEV







