featured-image-37509

Oktyabrın 16-da Rusiya və Keniya milli komandaları arasında yoldaşlıq görüşü nəzərdə tutulub.

Msport.az xəbər verir ki, bu barədə RB Sport məlumat yayıb. Görüş Türkiyədə keçiriləcək.

Daha əvvəl bildirilirdi ki, oktyabrın 12-də Rusiya millisi Rusiyada Kamerun yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, Rusiyanın Ukrayna ərazisinə silahlı müdaxiləsinə görə ölkənin yığma komandası beynəlxalq yarışlardan kənarlaşdırılıb. Ona görə də komanda yalnız yoxlama görüşləri keçirir.

Bənzər xəbərlər