Rusiya millisində baş məşqçi ilə bağlı qərar
Rusiya millisi baş məşqçisi Valeri Karpinlə müqavilənin müddətini uzadacaq.
Msport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, Rusiya Futbol İttifaqı 55 yaşlı mütəxəssisin işindən məmnundur. Artıq tərəflər danışqlara start veriblər. Baş məşqçi ilə 2 illik yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, Karpin 2021-ci ildən millinin sükanı arxasındadır.