featured-image-24781

Rusiya milli komandası öncədən gözlənildiyi kimi İraq yığması ilə Soçidə yox, Sankt-Peterburqda qarşılaşacaq.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, yoldaşlıq matçı martın 27-də “Qazprom Arena”da keçiriləcək. Oyunun Piterə dəyişilməsinin səbəbi ot örtüyünün daha yaxşı olması ilə bağlıdır.

Şimal qonşumuz buna qədər martın 23-də Tehranda İran seçməsi ilə üz-üzə gələcək. Bu görüşün azarkeşlərsiz, boş tribunalar önündə keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Rusiya millisi və bu ölkənin klubları bütün beynəlxalq yarışlardan təcrid olunublar.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər