featured-image-16395

Rusiya Futbol İttifaqı (RFS) milli komandanın baş məşqçisi Valeri Karpinlə yeni müqavilə imzalayıb.

Msport.az xəbər verir ki, bu barədə RFS-in rəsmi saytı məlumat yayıb.

Sözləşmənin müddəti 2024-cü il avqustun 1-dək nəzərdə tutulub. 53 yaşlı mütəxəssisin hazırkı köməkçiləri də yığmadakı işlərini davam etdirəcək.

Xatırladaq ki, Valeri Karpin 2021-ci ilin iyulundan Rusiya seçməsinə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında keçirdiyi 8 oyunda 6 qələbə qazanıb, bir dəfə heç-heçə edib, eyni sayda isə məğlubiyyət alıb.

Bənzər xəbərlər