featured-image-22925

Rusiya və ukraynalı futbolçular arasında Antalyada keçirilən təlim-məşq toplanışında dava düşüb.

Msport.az xəbər verir ki, Ukraynanın “Minay” və “Rusiyanın “Şinnik” klubunun oyunçuları arasında kütləvi dava-dalaşdan sonra bir neçə nəfər xəstəxanaya aparılıb.

Yaroslavl komandasının üzvlərindən İlya Qruznov qabırğasının, Dmitri Samoylov isə barmağının sınması şübhəsi ilə hospitala çatdırılıb.

Hər iki futbolçu bu gün tibbi müayinədən keçəcək.

Dava komandaların qaldığı oteldə baş verib. “Minay”ın oyunçuları ilə “Şinnik”in üzvləri arasında liftdə dava düşüb. Daha sonra liftin endiyi mərtəbədə Rusiya komandasının digər üzvləri də davaya qoşulublar.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər