Rusiyada oynayan futbolçu ölkəsində həbs olundu
Rusiyanın “Ural” klubunun futbolçusu Raya Vluta Niderlandda həbs olunub.
Msport.az xəbər verir ki, 28 yaşlı hücumameylli yarımmüdafiəçi ölümlə nəticələnən avtomobil qəzasına görə 2,5 il müddətinə azadlıqdan məhrum edilib.
Daha əvvəl niderlandlı vingerə 3,5 il həbs cəzası istənilirdi. Vluta, həmçinin, 4 illiyinə sürücülük hüququndan məhrum olunub.
O, 2021-ci ilin noyabrında sərxoş halda dörd yaşlı uşağın öldüyü qəzanın iştirakçısı olub. Futbolçunun avtomobili saatda 203 km sürətlə idarə etdiyi və uşağın olduğu başqa avtomobillə toqquşmamaq üçün sürəti azaltmağa və yoldan çıxarmağa çalışmadığı bildirilib.
Qeyd edək ki, Raya Vluta ötən ilin sentyabrından “Ural”da çıxış edir.
CAHİD







