Rusiyalı futbolçu həbs olundu - 2 illik hökm
Rusiyalı futbolçu Dmitri Malıxin azadlıqdan məhrum edilib.
Msport.az xəbər verir ki, buna səbəb “Avanqard”ın oyunçusunun başqa şəxsə zərər yetirməsi olub.
O, ötən il mayın 22-də eyni binada yaşadığı 46 yaşlı şəxsə ağır bədən xəsarəti yetirib. Məsələ burasındadır ki, zərərçəkən Malıxinin xanım dostunu təhqir edib. Futbolçu ondan üzr istəməsini tələb edib. Qarşı tərəf bunu qəbul etmədiyindən Malıxin tərəfindən döyülüb.
Məhkəmədə günahını etiraf edən 24 yaşlı yarımmüdafiəçi zərərçəkənə 350 min rubl kompensasiya ödəyib. 2 il müddətinə həbs olunan futbolçu cəzasını ümumi rejimli islah əmək düşərgəsində çəkəcək.