featured-image-66882

Rusiyanın “Soçi” klubunun futbolçusu Vladimir Pisarski 4 il müddətinə futboldan uzaqlaşdırılıb.

Msport.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının Etika Komitəsi qərar çıxarıb.

Hücumçunun diskvalifikasiyasının üç ili şərti olacaq. Beləliklə, forvard 2026-cı ilin yayınadək ölkənin heç bir peşəkar komandasında çıxış edə bilməyəcək.

Vladimir Pisarski komandasının oyunlarına mərc etməkdə ittiham olunub.

Bənzər xəbərlər