Rusiyalı futbolçu İspaniya klubuna keçə bilər
“Axmat”ın futbolçusu Leçi Sadullayev legioner həyatı yaşaya bilər.
Msport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı vingeri “Rayo Valyekano” heyətinə qatmaqda israrlıdır. Tərəflər arasında danışıqlar gedir.
Oyunçunun transfer dəyəri 3,2 milyon avrodur.
Leçi “Axmat”ın yetirməsidir və 2019-cu il iyulun 1-dən əsas komandada oynayır. Onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. “Rayo Valyekano” hazırda İspaniya çempionatında 26 xalla 9-cu pillədədir.
Sadullayev Rusiya millisində 4 matç keçirib və 1 qol vurub.