Rusiyalı futbolçu MLS yolunda
Aleksey Mirançuk karyerasını MLS-də davam etdirə bilər.
Msport.az xəbər verir ki, bu barədə tanınmış insayder Canluka Di Marzio sosial şəbəkədə paylaşım edib.
ABŞ-ın “Atlanta Yunayted” klubu “Atalanta”nın rusiyalı yarımmüdafiəçisini almağa çalışır. Amerikalılar bu keçid üçün qarşı tərəfə 11 milyon avro təklif edib. 28 yaşlı oyunçu “Di Si Yunayted”in də gündəmindədi. Ancaq “Atlanta”ya transfer ehtimalı daha çoxdu. Bu klub Mirançuka ilinə 3 milyon avro olmaqla 4 illik müqavilə təklif edib.
Qeyd edək ki, Aleksey Mirançuk ötən mövsüm İtaliya A Seriyasında 27 oyun keçirib, 3 qol vurub.