featured-image-21647

Rusiyalı məşqçi Vladimir Qabulov “Qarabağ”ın maraq dairsəində olan qapıçı Andrey Lunyov barədə fikirlərini bildirib. Msport.az xəbər verir ki, o, qolkiperin Almaniya Bundesliqasına getməsinin yanlış olmadığını deyib:

“Lunyovun “Bayer”ə keçidi birmənalı şəkildə səhv addım deyildi. Özünü yoxlamaq, adi həyat ritmindən kənara çıxmaq lazımdır. Bu, tamamilə başqa dünyadır. Almaniyada bir neçə mövsem keçirmək əla futbol və həyat təcrübəsidir. Afərin ki, özünü Avropada sınadı.

Almaniya çempionatının səviyyəsi tamam başqadır. Təəssüf ki, çox oynamaq alınmadı. Ancaq qorxulu heç nə yoxdur. Gələn dəfə başqa komanda ilə mütləq alınacaq”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər