“Rusiyanın olimpiadadan kənarlaşdırılması rəqabətə zərbədir” – Xəzər İsayev
“Ədalətsizliyə göz yuma bilmərik. İdmançıları idmandan ayırmaq olmaz”.
Msport.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev Rusiya mətbuatına açıqlamasında deyib.
O bildirib ki, Rusiyanın olimpiadadan kənarlaşdırılması idmanda rəqabətə zərbədir: “Rusiya idmançıları həmişə ABŞ da daxil olmaqla dünyanın ən güclü komandaları ilə yarışıblar. Messi və Ronaldu futbolda olduğu kimi ə, onlar da hər zaman olimpiadalarda iştirak ediblər”.
Qeyd edək ki, Rusiya və Belarus idmançıları Ukraynadakı müharibəyə görə beynəlxalq yarışlardan kənarlaşdırılıblar.