"Sabah" böyük hesabla uduzdu - Andrade "Polesye"də "bayquşlar"ı cəzalandırdı
Avstriyada təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama oyununa çıxıb.
Msport.az xəbər verir ki, Valdas Dambrauskasın komandası Ukraynanın “Polesye” klubu ilə qarşılaşıb.
Azərbaycan çempionu bu oyundan 1:4 hesabı ilə məğlub ayrılıb. “Sabah”ın yeganə qolunu Velko Şimiç vurub.
“Polesye”yə “Qarabağ”dan yeni transfer olunan Leandro Andrade bu oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Xatırladaq ki, “Sabah” daha öncə hazırlıq prosesi çərçivəsində Rumıniyanın “Universitatya Krayova” və Macarıstanın “Ferentsvaroş” klubu ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.







