“Sabah” bunu bacaran 18-ci klub oldu
“Sabah” çempionatda 50-ci ev qələbəsini qazanıb.
Msport.az xəbər verir ki, bu, Premyer Liqanın XIX turuna təsadüf edib.
Paytaxt təmsilçisi “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub edib. Bakı klubu “50”yə 115-ci matçında çatıb. “Sabah” turnirin tarixində öz meydanında ən azı 50 qələbə qazanan 18-ci komanda olub.
Qeyd edək ki, 2018/19 mövsümündən Premyer Liqada çıxış edən “Sabah” ilk ev qalibiyyətini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində əldə edib – 1:0.







