featured-image-74689

Sabah” heyətinə yeni futbolçu cəlb edib. 

Msport.az xəbər verir ki, qabonlu hücumçu Patrik Orfe Mbina Sloveniyanın “Maribor” klubundan icarəyə götürülüb.

25 yaşlı futbolçunun icarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” icarə müddətinin sonunda futbolçunun birbaşa transfer hüququna malik olacaq.

Qeyd edək ki, Mbina karyerası ərzində Qabonun “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.

Bənzər xəbərlər