“Sabah”dan ABŞ klubuna
Ötən ay “Sabah”dan göndərilən Jarl Marqarita özünə yeni klub tapıb. Msport.az xəbər verir ki, 24 yaşlı futbolçu karyerasını ABŞ-da davam etdirəcək.
O, II liqada çıxış edən “Finiks Rayzinq” klubu ilə müqavilə bağlayıb.
2023-2024-cü illər mövsümündə “Sabah”ın şərəfini qoruyan yarımmüdafiəçi 18 oyunda meydana çıxıb.
Millimizin sabiq futbolçusu Rüfət Dadaşov vaxtilə “Finiks Rayzinq”də oynayıb.