featured-image-35521

Ötən həftə “Sabah”dan ayrılan Coy-Lens Mikelsin yeni klubu müəyyənləşib.

Msport.az xəbər verir ki, almaniyalı hücumçu karyerasını Səudiyyə Ərəbistanının “Əl-Faysal”ında davam etdirəcək. Bu barədə sözügedən klubun saytı məlumat yayıb. İmzalanma mərasimində “Əl-Faysal”ın idarə heyətinin rəhbəri Əbdül Məcid bin Əbdüləziz Əl-Aimin də iştirak edib.

Xatırladaq ki, Coy-Lens Mikels 2021-ci ildən “Sabah”da çıxış edirdi. O, bu müddət ərzində meydana çıxdığı 69 oyunda 33 qol vurub.

Bənzər xəbərlər