“Sabah”dan ayrılan futbolçu Misir klubunda
“Sabah”dan ayrılan futbolçu Emmanuel Apeh karyerasını Misirdə davam etdirəcək.
Msport.az xəbər verir ki, nigeriyalı hücumçu bu ölkənin “Əl-İttihad” ilə anlaşıb.
Onun müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Apeh 2022-ci ildə Bakı klubuna keçmişdi.