featured-image-50934

“Sabah” klubu Konfrans Liqasının II təsnifat mərhələsində İsrail təmsilçisi “Makkabi” (Hayfa) ilə keçirəcəyi matçı canlı izləmək istəyən azarkeşlərə gediş və qayıdış üçün avtobuslar təşkil edəcək.

Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyuna getmək istəyən azarkeşlər avtobusla yanaşı, biletlə də təmin olunacaqlar.

Avtobuslar iyulun 25-də, saat 15:00-da Azərbaycanın Budapeşt şəhərində yerləşən səfirliyinin önündən yola düşəcək. Biletlər azarkeşlərə avtobusda təqdim ediləcək.

Yerlər məhdud olduğundan, ilk qeydiyyatdan keçənlərin müraciəti nəzərə alınacaq.

Qeyd edək ki, “Makkabi” – “Sabah” matçı iyulun 25-də Macarıstanın Kişvarda şəhərində yerləşən “Varkert” stadionunda, yerli vaxtla saat 19:00-da keçiriləcək.

Bənzər xəbərlər