featured-image-444

“Sabah” hücumçusu Mixail Erqelemidzeni əvəzedici komandaya göndərib. Msport.az xəbər verir ki, gürcü forvard bu gün I divizionda “Sabah-2” – “Zirə-2” oyununda (2:0) meydana çıxıb. Start heyətində olan futbolçu fasilədə Kamran Quliyevlə əvəzlənib.

Erqelemidze əvəzedici komandada da müsbət mənada heç nə ilə yadda qalmayıb. Hücumçu 40-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, “Sabah”ın legioner forvardı son vaxtlar çox tənqid olunur. Onun komandanın səviyyəsinə uyğun olmadığı, ciddi məqsədlərə cavab verə biləcək hücumçu olmadığı vurğulanır.

Bənzər xəbərlər