“Sabah”ın kapitanı üçün əlamətdar matç
Azərbaycan Premyer Liqasında VII tura start verilib.
Msport.az xəbər verir ki, “Sabah” bu turda evdə “Turan Tovuz”la qarşılaşıb.
“Bank Respublika Arena”da keçirilən və “Sabah”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşan oyun bu komandanın kapitanı Elvin Camalov üçün əlamətdar olub.
Belə ki, oyuna əlavə edilmiş 5-ci dəqiqədə rəqibin qapısına təyin edilmiş penaltini dəqiq yerinə yetirən Elvin, Azərbaycan çempionatında ilk qoluna imza atıb.