featured-image-22622

Adı “Sabah”la hallanan Xese özünə yeni komanda tapıb.

Msport.az xəbər verir ki, ispaniyalı hücumçu “Sampdoriya”ya keçib.

29 yaşlı futbolçu İtaliya klubuna azad agent kimi gəlib. Onun A seriyası təmsilçisi ilə müqaviləsi mövsümün sonuna kimi nəzərdə tutulub.

Xese bu mövsüm “Ankaragücü”ndə 14 oyunda 2 qol vurmuşdu.
Xatırladaq ki, forvard “Real”, PSJ kimi klublarda çıxış edib.

Anar Abdullayev

Bənzər xəbərlər