“Sabah”ın oyununa nə qədər bilet satılıb?
“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda oktyabrın 13-də Çexiyanın “Slaviya” komandasını qəbul edəcək.
Msport.az xəbər verir ki, qarşılaşmaya böyük azarkeş marağı var.
Hazırkı durumda Paket biletlərlə birlikdə 51 min bilet satılıb.
Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Slaviya” matçının start fiti saat 20:45-də səslənəcək.







