featured-image-33901

Latviya çempionatında 23-cü turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, “Sabah”ın Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi RFS səfərdə “Auda”nın qonağı olub.

Riqa təmsilçisi oyundan 5:2 hesabıyla qalib ayrılıb. RFS-in heyətində İsmail Diamondo poker edib. Komandanın digər qolunun müəllifi  Yanis İkaunieks olub.

Bu qələbə ilə xallarını 55-ə çatdıran komanda liderliyə yüksəlib.

Xatırladaq ki, “Sabah”la RFS arasında ilk oyun iyulun 26-da Riqada, cavab görüşü isə avqustun 3-də Masazırda keçiriləcək.

Bənzər xəbərlər