“Sabah”ın rəqibindən qələbə
“Sabah”ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Partizan” Serbiya Superliqasında 2-ci tur oyununa çıxıb.
Msport.az xəbər verir ki, komanda səfərdə “Voyvodina”nın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xalını 4-ə çatdıran “Partizan” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
“Sabah”ın “Partizan”la ilk oyunu avqustun 10-da “Bank Respublika Arena”da, cavab qarşılaşması isə avqustun 17-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək.







