featured-image-84194

İspaniya Kral Futbol Federasiyası “Barselona”nı “Atletiko”nun hücumçusu Xulian Alvareslə apardığı təmaslara görə 602 avro məbləğində cərimələyib.

Msport.az xəbər verir ki, qərar Madrid klubunun şikayəti əsasında aparılan intizam araşdırmasından sonra qəbul olunub.

“Atletiko” iyunun 30-da İspaniya Futbol Federasiyasına və FIFA-ya müraciət edərək “Barselona”nı əvvəlcədən yazılı bildiriş göndərmədən futbolçusu ilə danışıqlar aparmaqda ittiham edib. İyulun 30-da məsələ ilə bağlı intizam icraatına başlanılıb.

Araşdırmanın yekununda qayda pozuntusu yüngül hesab edilib. Bununla belə, Kataloniya klubuna İntizam Məcəlləsinin 133-cü maddəsində nəzərdə tutulan maksimum cərimə – 602 avro tətbiq olunub.

Qeyd edək ki, Xulian Alvaresin “Atletiko” ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.

Bənzər xəbərlər