“Sabah”ın yeni transferinin qardaşı Türkiyədə klubunu dəyişdi
“Sabah”ın yeni transferi Vinsent Tilllin qardaşı Oliver Türkiyədə klubunu dəyişib. Msport.az xəbər verir ki, Lüksemburq millisinin üzvü yeni mövsümdən “Şanlıurfaspor”da çıxış edəcək.
26 yaşlı futbolçu son olaraq Türkiyədə “Eyüpspor”da forma geyinib. O, buna qədər “Ufa”, “Vorskla” kimi komandaların da şərəfini qoruyub.
Urfa təmsilçisi Türkiyə I liqada mübarizə aparacaq.
Qeyd edək ki, Vinsent Thill bu ay “Sabah”la 2 illik müqavilə bağlayıb.







