“Fənərbağça”nın yeni baş məşqçisi açıqlandı - RƏSMİ
“Fənərbağça” yeni baş məşqçisini açıqlayıb.
Msport.az İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Emre Belözoğlu çalışdıracaq.
47 yaşlı mütəxəssislə anlaşmanın detalları açıqlanmayıb. Emre Belözoğlu son olaraq “Kasımpaşa”nın baş məşqçisi olub. O, “Fənərbağça”da İsmail Kartalı əvəzləyib.
İstanbul təmsilçisi hazırda Superliqada 16 xalla 5-ci sıradadır.
Qeyd edək ki, futbolçu karyerası ərzində “Fənərbağça”nın kapitanı olan Emre 2008-2012 və 2019-2020 mövsümündə bu klubda çıxış edib. O, 2020-2021 mövsümündə “Fənərbağça”nın idman direktoru vəzifəsində də çalışıb.







