“Sabah” və “Qarabağ”ın U-19 komandası səfər oyununa çıxacaq
“Sabah” və “Qarabağ”ın U-19 komandaları UEFA Gənclər Liqasında növbəti oyunlarına bu gün çıxacaqlar.
Msport.az xəbər verir ki, “Sabah” əsas mərhələnin IV turunda Norveç təmsilçisi “Vikinq”in müvafiq yaş qrupundan ibarət kollektivinin qonağı olacaq.
Qarşılaşma “Sandnes Ulf Arena”da, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. U-19 daha əvvəl Dortmund “Borussiya”sına (0:2), Çexiyanın “Slaviya” (0:3) və İngiltərənin “Mançester Yunayted” (0:5) komandasına məğlub olub.
“Qarabağ” isə II təsnifat mərhələsinin cavab görüşündə Xorvatiyada “Dinamo”nun qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Bakıdakı ilk qarşılaşmada Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv rəqibinə uduzub – 1:2.







