featured-image-84453

PSJ UEFA Çempionlar Liqasının tarixində ən qısa müddətdə 4 qol vuran komanda olub.

Msport.az xəbər verir ki, Paris təmsilçisi bu nəticəyə cəmi 16 dəqiqə 2 saniyəyə nail olub.

Rekord Çempionlar Liqasının ümumi mərhələsinin dördüncü turunda “Vilyarreal”la səfər matçında qeydə alınıb. Fransa klubunun ilk qolunu doqquzuncu dəqiqədə Joau Neveş vurub. 12-ci dəqiqədə Dezire Due fərqi artırıb, bir dəqiqə sonra Senni Mayulu hesabı 3:0-a çatdırıb. 17-ci dəqiqədə isə Fabian Ruis dördüncü qolu rəqib qapısından keçirib.

Beləliklə, PSJ Çempionlar Liqasında dörd qola ən tez çatan komanda kimi tarixə düşüb.

Paris təmsilçisi ilk hissəni 4:0 hesablı üstünlüklə başa vurub. Fasilədən sonra daha iki dəfə fərqlənən PSJ 6:0 hesablı qələbə qazanıb.

Bənzər xəbərlər