featured-image-73444

“Sabah” müdafiəçisi Boyan Letiçlə yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Boyan Letiç 2022-ci ilin fevral ayından “Sabah”ın üzvü idi. O, komandanın heyətində ümumilikdə 125 oyun keçirib. 33 yaşlı müdafiəçi qəsəbə təmsilçisinin tarixi ərzində ən çox oyun keçirmiş ikinci oyunçu olmaqla yanaşı, həm də “Sabah”ın avrokuboklarda ilk qolunun müəllifidir. Letiç “Sabah”ın heyətində Premyer Liqanın gümüş və bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.

Bənzər xəbərlər