“Sabah” mənim üçün yeni başlanğıcdır”
“Sabah”ın yeni transferi Cessi Sekidika kluba transferi haqda danışıb.
Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriyalı futbolçu yeni klubundan gözləntilərindən söz açıb:
“Mən burada olmaqdan xoşbəxtəm. Burada məni səmimi qarşıladılar. Hamı mənimlə çox mehribandır. “Sabah” mənim üçün yeni başlanğıcdır. Yeni klubda vəzifəm bu mövsümü uğurlu çıxış etmək və komanda ilə avrokuboklarda iştirak etməkdir. Yeni komandamın potensialını görürəm”.
27 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Sekidika karyerası ərzində Serbiyanın “Napredak” (2015-2018), Türkiyənin “Eskişehirspor” (2018-2020), “Qalatasaray” (2020-2021), “Konyaspor” (2021), “Eyüpspor” (2022), “Ümraniyespor” (2023) və Belçikanın “Leven” (2021) klublarında oynayıb. O, “Sabah”da 70 nömrəli forma altında çıxış edəcək.