featured-image-25896

“Beşiktaş”ın heç cür əlaqə saxlaya bilmədiyi Dele Alli açıqlama verib. Msport.az xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Şenol Güneş ingiltərəli futbolçuya istirahət verdiklərini, lakin onun vaxtında qayıtmadığını demişdi.

26 yaşlı yarımmüdafiəçinin buna cavabı belə olub: “Bir çox adamdan mesaj aldım. Bu səbəbdən bir məsələnin aydınlaşmasını istəyirəm. Klub bu gün doktorum ilə görüşməyə icazə vermişdi. Sabah məşqə qayıdıram”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər