“Sabah” oyunu öncəsi “Partizan”ın problemi həll oldu
“Sabah”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi Serbiyanın “Partizan” klubunun stadion problemi həllini tapıb.
Msport.az xəbər verir ki, Belqrad təmsilçisinin ev oyunlarını keçirdiyi “Partizan” stadionunda elektrik enerjisi bərpa olunub. Arenanın projektorları, eyni zamanda, paltardəyişmə otaqları artıq işıqlandırılır.
“Partizan”ın “Sabah”la cavab qarşılaşması da həmin stadionda baş tutacaq.
Qeyd edək ki, ötən gün Bakıda keçirilən ilk görüşdə “Sabah” “Partizan”ı 2:0 hesabı ilə məğlub edib. Komandalar arasında Belqraddakı cavab matçı avqustun 17-də təşkil olunacaq.







