"Sabah" Rahmonoaliyevlı bağlı qərarını verdi
“Sabah” “Rubin”in yarımmüdafiəçisi Umarali Rahmonalievin transfer hüquqlarını rəsmiləşdirir.
Msport.az xəbər verir ki, bu barədə Rusiyanın “Sport-Ekspress” nəşri məlumat yayıb. Beləliklə, o, birdəfəlik “Sabah”ın oyunçusu olacaq.
22 yaşlı özbək futbolçu Azərbaycan klubunda icarə əsasında çıxış edirdi.
2025-ci ildə Rahmonaliev “Sabah”ın heyətində 36 matçda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.
Futbolçunun Kazan klubuyla müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.







