featured-image-19753

Kriştiano Ronaldo bu gün axşam saatlarında Madriddən Ər-Riyada uçacaq.

Msport.az “Arriyadiyah”a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu yerli vaxtla saat 23:00-da Ər-Riyada gələcək. Onunla yanaşı ailə üzvləri, məsləhətçiləri və mühafizəçiləri də Səudiyyə Ərəbistanına yollanacaqlar.

Ronaldo çərşənbə axşamı günorta tibbi müayinədən keçəcək. Həmin gün axşam onu “Mrsul Park” sradionunda “Əl Nəsr”in futbolçusu kimi təqdim edəcəklər. Orada Ronaldonun qısa çıxış etməsi planlaşdırılır.

Baş məşqçi Rudi Qarsiya istəyir ki, superulduz qısa vaxt ərzində hazırlığa qoşulsun.

Ronaldo və onun ailəsi Ər-Riyadın ən bahalı otellərindən birində məskunlaşacaqlar. Onar daimi yaşayacaqları malikanə tapmayana qədər oteldə qalacaqlar.

Bənzər xəbərlər