"Sabah" "Vorskla"nın hücumçusu ilə anlaşdı - FOTO
“Sabah” braziliyalı futbolçu Lukas Rangellə anlaşıb.
Msport.az xəbər verir ki, 27 yaşlı hücumçunun son klubu Ukrayna “Vorskla”sı olub.
O, müharibə səbəbindən Ukrayna çempionatı dayandırılana qədər 12 oyunda 4 qol vurub. Rangel Braziliyadan Avropaya gəldikdən sonra Albaniyada (“Kukesi”), Avstriyada (“Kapfenberq”), Finlandiyada (KuPS), Türkiyədə (“Adanadəmirspor”) klublarında çıxış edib.
Futbolçu “Vorskla” ilə mövsümün əvvəlində 2023-cü ilədək müqavilə bağlasa da, FİFA Ukrayna və Rusiyadakı legionerlərə azad agent statusu verib.