Sabahın rəqibinin futbolçusu sağaldı
Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Rami Bensebayni zədəsini sağaldaraq kollektiv məşqlərə qoşulub.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bensebayni avqustda “Bavariya”ya (Münhen) qarşı keçirilən Superkubok matçında qabırğasından zədə aldığı üçün sıradan çıxmışdı.
Qeyd edək ki, “Sabah” – “Borussiya” matçı oktyabrın 20-də Bakı Olimpiya Stadionunda, saat 20:45-də start götürəcək.







