featured-image-63318

“Bavariya”nın keçmiş qapıçısı Zepp Mayer Münhen klubunun futbolçusu Tomas Müllerin tezliklə karyerasını başa vuracağını gözləyir.

Msport.az xəbər verir ki, veteran qolkiper 35 yaşlı forvardın ərəb və ya ABŞ klublarından birinə keçəcəyinə inanmır:

“Mən bu qərarı başa düşə bilmirəm. Bu oyunçular klubun özü, ruhu deməkdir. Belə uşaqlar gedəndə klub özünün bir hissəsini itirir. Tomas karyerasını bitirəcək. Amerikada və ya Dubayda nə işi var? Müllerin Münhendə ailəsi, atları, bir sözlə onu xoşbəxt edən hər şeyi var”.

Qeyd edək ki, “Bavariya”nın Müllerlə müqaviləni uzatmayacağı gözlənilir. O, Münhen klubunda keçirdiyi matçların sayına görə komandanın rekordçusudur.

Bənzər xəbərlər