featured-image-68904

“Liverpul”un sabiq futbolçusu Danni İnqsin yeni klubu müəyyənləşib.

Msport.az xəbər verir ki, ingiltərəli hücumçu karyerasını Çempionşipdə davam etdirəcək.

İnqs “Şeffild Yunayted”lə anlaşıb. 33 yaşlı forvard aşağı liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Danni İnqs 2011-2019-cu illərdə “Liverpul”da çıxış edib. O, “Vest Hem”, “Sauthempton” və “Aston Villa”da da oynayıb.

 

Bənzər xəbərlər