Sabiq “Liverpul”lu “Seltik”ə rəhbərlik edə bilər
Brendan Rocers “Seltik”in sükanı arxasına keçə bilər. Msport.az “Sky Sports”a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis Şotlandiya klubu ilə danışıq aparır.
Qeyd edək ki, şimali irlandiyalı məşqçi 2016-2019-cu illərdə “Seltik”ə rəhbərlik edib.
O, İngiltərədə “Liverpul” və “Lester” kimi komandaların baş məşqçisi işləyib.
ANAR







