Sabiq milli üzvünə silahlı hücum
Rusiya yığmasının keçmiş futbolçusu Vadim Yevseyev silahla hücuma məruz qalıb.
Msport.az xəbər verir ki, hadisə Həştərxanda baş verib.
Bu barədə idman şərhçisi Denis Kazanski məlumat yayıb. O bildirib ki, Yevseyevin həyatı təhlükədə deyil: “Bu, kabusdu. Vadimə bıçaqla hücum ediblər. Xoşbəxtlikdən, həyati təhlükəsi yoxdu. Artıq polis əməkdaşları məsələyə baxırlar”.
Qeyd edək ki, Rusiya millisində 20 oyunda 1 qola imza atan sabiq müdafiəçi hazırda “Leninqradets” klubunu çalışdırır.