featured-image-68373

“Qalatasaray”ın sabiq hücumçusu Mbaye Diaqne karyerasını yenidən Türkiyədə davam etdirəcək.

Msport.az xəbər verir ki, seneqallı hücumçu I Liqada çıxış edən “Amedspor”la anlaşıb.

33 yaşlı forvard Diyarbəkir təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Diaqne son olaraq Səudiyyə Ərəbistanının NEOM klubunda oynayıb. Mbaye bundan əvvəl “Yuventus”, “Kasımpaşa”, “Qalatasaray”, “Vest Bromviç” və “Fatih Karagümrük”də çıxış edib.

Bənzər xəbərlər