featured-image-34349

Türkiyə “Konyaspor”unun qapıçısı İbrahim Şehiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bosniya və herseqovinalı qolkiper bu ölkənin “Əl-Halic” komandasına keçib.

35 yaşlı oyunçu tezliklə Seyhət şəhərinin təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, İbrahim Şehiç 2015 – 2018-ci illərdə “Qarabağ”ın formasını geyinib. O, “Konyaspor”da 2020-ci ilin yayından çıxış edirdi.

Bənzər xəbərlər