featured-image-67348

“Qəbələ”nin sabiq futbolçusu Lukas Afrikonun yeni klubu müəyyənləşib.

Msport.az verir ki, 30 yaşlı müdafiəçi Türkiyənin “Vanspor” klubuna keçib.

Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Afriko ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, braziliyalı futbolçu 2023-24 mövsümündə “Qəbələ”də oynayıb. O, ötən mövsümü Portuqaliyanın “Farense” klubunda keçirib.

Bənzər xəbərlər