featured-image-60773

Rusiya Futbol İttifaqının (RFİ) sabiq vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Sergey Anoxin həbs olunub.

Msport.az xəbər verir ki, 51 yaşlı funksioner 60 milyon rubl məbləğində rüşvət verməkdə ittiham olunur.

O, ötən gün saxlanılıb. Anoxinin təhlükəsizlik qüvvələrinin nümayəndəsinə rüşvət verdiyi bildirilib.

Qeyd edək ki, Anoxin əvvəllər “Ximki” klubunun da rəhbəri olub.

Bənzər xəbərlər