Sadio Mane 500 min avro cərimə olundu
“Bayern Münhen”in hücumçusu Sadio Mane bütün komanda yoldaşlarından üzr istəyib. Msport.az xəbər verir ki, “Mançester Siti” ilə Çempionlar Liqasının oyunundan (0:3) sonra seneqallı futbolçu paltardəyişmə otağında Leroy Sanenin üzünə zərbə endirmişdi.
Almaniya klubunun rəhbərliyi cəza kimi hətta Manenin müqaviləsinin pozulması variantını da nəzərdən keçirirdi. Lakin sonradan onlar fikirlərini dəyişiblər.
Nəticədə, forvardın adı “Hoffehaym”la oyunun iştirak ərizəsinə daxil edilməyib və 500 min avro cərimə olunub.
Xəbərdə qeyd olunur ki, Mane indi çətin günlərdən keçir. Onun çox yaxın olduğu xalası bazar günü rəhmətə gedib.
Mane son məşqdə bütün komanda yoldaşları qarşısında Leroy Sanedən üzr istəyib.
ANAR







