featured-image-28068

“Bayern Münhen”in hücumçusu Sadio Mane “Liverpul”a qayıtmaq istəyir. Msport.az xəbər verir ki, bu barədə “Football İnsider” məlumat yayıb.

Mənbənin sözlərinə görə, seneqallı futbolçu dostlarına “Liverpul” üçün darıxdığını və İngiltərə Premyer Liqasına dönmək arzusunda olduğunu deyib.

Bir neçə gün öncə jurnalist Florian Plettenberq xəbər vermişdi ki, “Bayern” yayda forvarddan qurtulmaq üçün əlindən gələni edəcək.

Mane baş məşqçi Tomas Tuhelin oyun sisteminə uyğun gəlmir və onun planlarına daxil deyil.

Xatırladaq ki, Çempionlar Liqasında “Mançester Siti”yə məğlubiyyətdən sonra Mane komanda yoldaşı Leroy Saneni vurmuşdu. Buna görə klub Seneqal yığmasının üzvünü 500 min avro cərimə etmişdi.

ANAR 

Bənzər xəbərlər